“Neftçi”dən ardıcıl üçüncü qələbə

15 sentyabr 2022, 19:38

“Neftçi” Gənclər Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Komandamız 3-cü turda “Şamaxı”nı 4:2 hesabı ilə məğlub edib. Binə stadionunda baş tutan matçda “ağ-qaralar”ın qollarına Hakan Həsənov, Teymur Məmmədov, Oruc Məmmədov və Aslan Şirinov imza atıblar.

Qeyd edək ki, “Neftçi” 3 oyundan 9 xal toplayıb.