“Neftçi” böyükhesablı qələbə ilə növbəti mərhələyə yüksəldi

29 iyul 2022, 00:24

“Neftçi” UEFA Avropa Konfrans Liqasında cavab oyununu keçirib. Komandamız II təsnifat mərhələsində Kiprin “Aris” (Limassol) klubu ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə “ağ-qaralar” 3:0 hesabı ilə qələbə qazanıb. Qollara Qodsvey Donyo, Eddi İsrafilov və Kenni Sayef imza atıblar.

Bununla da iki oyunun nəticəsinə görə qalib gələn (3:2) “Neftçi” III təsnifat mərhələsinə yüksəlib. Flaqman bu mərhələdə Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.