“Aris”lə cavab matçının hazırlığı başa çatdı

27 iyul 2022, 20:11

“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris” (Limassol) klubu ilə cavab oyunundan əvvəl son məşqə çıxıb. "Bakcell Arena"da baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.