“Neftçi” Kiprdə məğlub oldu

22 iyul 2022, 00:16

“Neftçi” bu mövsüm Konfrans Liqasında ilk oyununu keçirib. Komandamız II təsnifat mərhələsində Kiprin “Aris” (Limassol) klubu ilə qarşılaşıb. Larnaka şəhərindəki “AEK Arena”da baş tutan görüşdə “ağ-qaralar” 0:2 hesabı ilə məğlub olub. Rəqibin qollarını Kayu (53-cü dəqiqə) və Artur Qomis (66-cı dəqiqə) vurublar.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.