“Aris”lə oyunlarımızın hakimləri məlum oldu

2 iyul 2022, 14:10

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi oyunların təyinatları açıqlanıb. İyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da baş tutacaq ilk matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim İvan Bebek, onun köməkçiləri Qoran Pataki və Luka Payiç olacaqlar. Dördüncü hakim funksiyasını Dario Bel icra edəcək.

İyulun 28-i saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq cavab görüşünə isə Almaniyadan olan hakimlər təyinat alıb. Baş hakim Bastian Dankertə Yan Zidel və Eduard Baytinger kömək edəcəklər. Dördüncü hakim Sven Yablonski olacaq.