Yeni mövsümə hazırlığın ikinci mərhələsi Türkiyədə keçiriləcək
“Neftçi” 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək. Taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq. Ayın 1-də qardaş ölkəyə yollanacaq komandamızın üzvləri “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar. Flaqman orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.
Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan “ağ-qaralar” məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab matçı isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 18 aprel 2024, 14:28 -
Miodraq Bojoviç “Araz-Naxçıvan” üzərində qələbəni şərh etdi
A Komanda 13 aprel 2024, 22:57 -
“Neftçi”dən böyükhesablı qələbə
A Komanda 13 aprel 2024, 22:30 -
“Neftçi” – “Araz-Naxçıvan” matçını Əliyar Ağayev idarə edəcək
A Komanda 13 aprel 2024, 15:18