“Neftçi”nin Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

15 iyun 2022, 15:44

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” bu mərhələdə Kiprin “Aris” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyun iyulun 21-də səfərdə, cavab matçı isə ayın 28-də “Bakcell Arena”da keçiriləcək.