Emin, Eddi və Azər milli komandada

23 may 2022, 17:07

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışı olacaq. Mayın 24-dən 27-dək Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına “Neftçi” PFK-nın 3 üzvü – Emin Mahmudov, Eddi İsrafilov və Azər Salahlı dəvət alıblar. Toplanışın mayın 29-da başlayacaq növbəti mərhələsində iştirak edəcək heyətlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, milli komandamız iyunun 3-də səfərdə Qazaxıstan, 6-da səfərdə Belarus, 10-da “Dalğa Arena”da Slovakiya, 13-də isə eyni məkanda Belarusla qarşılaşacaq.