Yusifli və Zülfüqarlı U-21 milli komandasında

22 may 2022, 11:55

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Mayın 22-dən 30-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 2 üzvü – Fərid Yusifli və İsmayıl Zülfüqarlı dəvət ediliblər.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində mayın 26-da Küveyt U-23 yığma komandası ilə yoxlama oyunu keçirəcək. “Kapital Bank Arena”da baş tutacaq görüş saat 17:00-da başlanacaq.