“Neftçi” gümüş medallarla təltif olundu

21 may 2022, 23:13

Premyer Liqanın sonuncu – 28-ci turunun “Qarabağ” – “Neftçi” oyunundan sonra 2021/2022 mövsümünün mükafatlandırma mərasimi keçirilib. Mərasimdə “Neftçi” gümüş medallarla təltif olunub. Medalları “Neftçi” rəsmilərinə və komandamızın üzvlərinə AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.