“Neftçi” mövsümü məğlubiyyətlə başa vurdu

21 may 2022, 21:55

“Neftçi” bu mövsüm Premyer Liqada sonuncu oyununu keçirib. Komandamız 28-ci turda “Qarabağ”la qarşılaşıb. “Azərsun Arena”da baş tutan matçda “ağ-qaralar” məğlub olub – 1:4. “Qarabağ”dan Patrik Andrade (5-ci və 14-cü dəqiqələr), Kadi Borqes (10-cu dəqiqə) və İvan Brkiç (avtoqol, 57-ci dəqiqə), “Neftçi”dən isə Ramon Maçado (71-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, 28 oyundan 50 xal toplayaraq mövsümü 2-ci yerdə başa vuran “Neftçi” Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.