“Qarabağ” – “Neftçi” matçını Fərid Hacıyev idarə edəcək

19 may 2022, 12:25

Premyer Liqada sonuncu turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” oyununun baş hakimi Fərid Hacıyev olacaq. Ona Kamran Bayramov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Hakim-inspektor Vüsal Əliyev, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.

Qeyd edək ki, mayın 21-i “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 19:30-da başlanacaq.