“Sabah”la oyuna hazırlıq start götürdü
“Neftçi” Premyer Liqanın 23-cü turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığına start verib. “Şamaxı” ilə oyunun ertəsi bərpa məşqi edən flaqman birgünlük fasilədən sonra bu gün hazırlığa başlayıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı aprelin 16-sı saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.