“Neftçi”dən əzmkar səfər qələbəsi

9 aprel 2022, 16:45

“Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb. Komandamız 22-ci turda səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Şamaxı şəhər stadionunda baş tutan matçın 10-cu dəqiqəsində hesabı meydan sahibləri açıblar: Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, flaqman fasilədən sonra nəinki bərabərlik, hətta qələbə qolunu da vurub. Tiaqo Bezerra 60-cı, Ramon Maçado isə 72-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Neftçi” hazırda 22 oyundan 41 xalla 2-ci yeri tutur.