“Şamaxı” – “Neftçi” matçı saat 14:00-da başlanacaq

6 aprel 2022, 11:30

Premyer Liqada 22-ci turun oyun cədvəli açıqlanıb. Aprelin 9-u Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” matçı saat 14:00-da start götürəcək.

“Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib. Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı” futbol klubunu “Keşlə” futbol klubunun tamhüquqlu varisi olaraq qəbul edib.

Qeyd edək ki, “Neftçi” 21 oyundan sonra 38 xalla 2-ci yeri tutur.