“Neftçi”nin 6 futbolçusu milli komandalarda

19 mart 2022, 12:10

“Neftçi” PFK-nın 2 üzvü – Mert Çelik və İsmayıl Zülfüqarlı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Millimiz martın 25-də Avropa çempionatının seçmə mərhələsində “Kapital Bank Arena”da Estoniya, 29-da yoldaşlıq oyunu çərçivəsində “Bakcell Arena”da Belarus yığması ilə qarşılaşacaq.

4 futbolçumuz – Rza Cəfərov, Fərid Yusifli, Ramin Nəsirli və David Orucov isə U-20 milli komandamızın martın 20-dən 29-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.