“Neftçi”dən tarixi gündə tarixi qələbə

18 mart 2022, 22:37

“Neftçi” Premyer Liqada ardıcıl beşinci qələbəsini qazanıb. Komandamız 20-ci turda “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”da baş tutan matçda Eddi İsrafilov dubla imza atıb. Digər qolları Mamadu Mbodj və Gilyerme Pato vurublar.

Qeyd edək ki, “Neftçi” hazırda 20 oyundan 37 xalla 2-ci yeri tutur.