“Neftçi” ardıcıl dördüncü qələbəsini qazandı

13 mart 2022, 21:32

“Neftçi” Premyer Liqada ardıcıl dördüncü qələbəsini qazanıb. Komandamız 19-cu turda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. “Bakcell Arena”da baş tutan matçda Emin Mahmudov dubla imza atıb. O, 18-ci və 82-ci dəqiqələrdə fərqlənib. Rəqibin qolunun müəllifi isə 24-cü dəqiqədə Rəhim Sadıxov olub.

Qeyd edək ki, “Neftçi” hazırda 19 oyundan 34 xalla 2-ci yeri tutur.