“Neftçi” – “Sumqayıt” matçını Rəşad Əhmədov idarə edəcək
Premyer Liqada 19-cu turun təyinatları açıqlanıb. “Neftçi” – “Sumqayıt” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Rəhman İmami və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” görüşü martın 13-ü saat 18:15-da “Bakcell Arena”da keçiriləcək.