“Sumqayıt”la oyun “Bakcell Arena”da keçiriləcək

6 mart 2022, 10:00

Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlanıb. Martın 13-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı saat 18:15-də start götürəcək.

“Bakcell Arena”da planlaşdırılan renovasiya işləri ilə əlaqədar klubumuz “Sumqayıt”a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə görüşlərinin yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL bu komandalar arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Qeyd edək ki, “Neftçi” 18 turdan sonra 31 xalla 4-cü yeri tutur.