“Neftçi”dən ardıcıl üçüncü qələbə

5 mart 2022, 21:53

“Neftçi” Premyer Liqada ardıcıl üçüncü qələbəsini qazanıb. Komandamız 18-ci turda “Səbail”i 2:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”da baş tutan matçda qolları Tiaqo Bezerra (73-cü dəqiqə) və Azər Salahlı (79-cu dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” hazırda 18 oyundan 31 xalla 4-cü yeri tutur.