“Səbail”lə matçın hazırlığı başa çatdı

4 mart 2022, 19:12

“Neftçi” Premyer Liqanın 18-ci turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını başa vurub. Flaqman bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Səbail” matçı martın 5-i saat 19:15-də “Bakcell Arena”da keçiriləcək.