“Neftçi” “Sabah”ı yenə məğlub etdi

27 fevral 2022, 19:43

“Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb. Komandamız 17-ci turda Azərbaycan Kubokunda məğlub etdiyi “Sabah”a qalib gəlib. “Bank Respublika Arena”da baş tutan matçın 50-ci dəqiqəsində qələbə qolunu Sezar Meza Kolli vurub.

Qeyd edək ki, “Neftçi” hazırda 17 oyundan 28 xalla 3-cü yeri tutur.