“Sabah”la oyunu Rauf Cabarov idarə edəcək

25 fevral 2022, 16:06

Premyer Liqada 17-ci turun təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” oyununun baş hakimi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu fevralın 27-si saat 17:00-da “Bakcell Arena”da keçiriləcək.