1/4 final mərhələsində cavab oyunlarının təyinatları açıqlanıb

10 fevral 2022, 17:41

Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab oyunlarının təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Nahid Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi isə Seymur Səlimli olacaq.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu fevralın 12-si saat 16:00-da “Bank Respublika Arena”da keçiriləcək.