“Sabah”la cavab oyunumuz saat 16:00-da başlanacaq

8 fevral 2022, 10:00

Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab oyunlarının başlanma saatı açıqlanıb. Fevralın 12-si “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” matçı saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında fevralın 1-də “Bakcell Arena”da baş tutmuş ilk matç heç-heçə (1:1) nəticələnib.