“Neftçi” üçüncü dövrəyə məğlubiyyətlə başladı

7 fevral 2022, 22:03

“Neftçi” Premyer Liqanın üçüncü dövrəsində ilk oyununu keçirib. Komandamız 15-ci turda “Qarabağ”la qarşılaşıb. “Bakcell Arena”da baş tutan matçda “ağ-qaralar” 1:2 hesabı ilə məğlub olub. “Qarabağ”dan 25-ci və 62-ci dəqiqələrdə Kadi Borqes, “Neftçi”dən isə 82-ci dəqiqədə Mert Çelik fərqlənib.

Qeyd edək ki, “Neftçi” 15 oyundan 22 xalla 4-cü yeri tutur.