“Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq

2 fevral 2022, 10:00

Premyer Liqada 15-ci turun oyun cədvəli açıqlanıb. Fevralın 7-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 14 turdan sonra 22 xalla 3-cü yeri tutur.