"Neftçi" ilk oyunda heç-heçə etdi

1 fevral 2022, 22:23

"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirib. Komandamız "Sabah"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda heç-heçə qeydə alınıb. Voislav Stankoviç 41-ci dəqiqədə hesabı açsa da, rəqib 50-ci dəqiqədə bərabərlik qolunu vurub. Coy-Lens Mikels fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 12-də "Bank Respublika Arena"da keçiriləcək.