1/4 final mərhələsində ilk oyunların təyinatları açıqlanıb
Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyunların təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Müslüm Əliyev və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Məmmədəli Məmmədov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu fevralın 1-i saat 19:45-də “Bakcell Arena”da keçiriləcək.