“Visla Plosk”la oyun saat 16:00-da start götürəcək

18 yanvar 2022, 13:40

“Neftçi”nin Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci sınaq matçının başlanma saatı açıqlanıb. Polşanın “Visla Plosk” klubu ilə yanvarın 19-u baş tutacaq yoxlama oyunu Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. “Emirhan Sports Complex Side”ın stadionunda keçiriləcək görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komandamız qardaş ölkədəki ilk matçda Macarıstanın “Kişvarda” klubu ilə qarşılaşıb (2:2). Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib haqda əlavə məlumat veriləcək.