
Eddi İsrafilov: “Hesab edirəm ki, bu mənim gələcək karyeram üçün yaxşı seçimdir”
Yeni transferimiz Eddi İsrafilovun “Neftçi TV”yə müsahibəsini təqdim edirik:
“Hamını salamlayıram. “Neftçi”yə gəldiyim üçün çox xoşbəxtəm. Ay yarım idi ki, “Neftçi” ilə danışıqlar gedirdi. Çox şadam ki, artıq buradayam. Fiziki cəhətdən özümü çox yaxşı hiss edirəm. Çünki uzun müddətdir hazırlaşıram. Bildiyiniz kimi, “Luqo” klubu ilə məşqlər edirdim. Orada müqavilə imzalamalıydım, amma “Neftçi” ilə yaradılan əlaqədən sonra bu kluba keçmək qərarına gəldim. Hesab edirəm ki, bu mənim gələcək karyeram üçün yaxşı seçimdir. “Neftçi”də əsas məqsədim bütün oyunlarda özümü yaxşı tərəfdən göstərmək və bu klubla bacardığım qədər çoxlu titul, kuboklar qazanmaqdır. Əlbəttə, Azərbaycan milli komandasında yenidən oynamaq istəyirəm. Son 6 ayda baş məşqçi tərəfindən bir neçə dəfə milli komandaya dəvət olunmuşam. Bununla belə, klubsuz olduğum üçün özümü tam hazır hiss etmirdim deyə, milliyə getməmək qərarını verdik. Lakin hazırda “Neftçi”dəyəm və inanırıam ki, buradakı oyunumla yenidən millidə çıxış edəcəyəm. Burada olduğuma görə çox sevinirəm. Ümid edirəm ki, mənə dəstək olacaqlar. Ağ-qara rənglərə görə əlimdən gələnin ən yaxşısını edəcəyəm. Çox gözəl şəhərdəyəm. Anam buralıdır, 4-5 il burada yaşamışam, burada böyümüşəm. Səmimi olaraq bir daha deyirəm ki, “Neftçi” görə əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Tövsiyə olunur
-
Yeqor Boqomolski: “Onunla rəqabət aparmaqdan qətiyyən qorxmuram”
Müsahibə 3 avqust 2022, 21:55 -
Kenni Sayef: “Belə davam etsək, bu il çox gözəl mövsüm keçirə bilərik”
Müsahibə 17 iyul 2022, 21:00 -
Solomon Kvirkveliya: “Mən çox istəyirdim ki, “Neftçi”nin futbolçusu olum”
Müsahibə 13 iyul 2022, 22:20 -
Qodsvey Donyo: “Neftçi” fanatlarının qarşısında oynamağı böyük səbrsizliklə gözləyirəm”
Müsahibə 10 iyul 2022, 11:00