“Neftçi”nin 1/4 finaldakı rəqibi müəyyənləşdi

11 dekabr 2021, 20:30

“Neftçi”nin Azərbaycan Kubokunun 1/4 final mərhələsindəki rəqibi müəyyənləşib. Bu, “Kəpəz”i məğlub edən (3:0) “Sabah” klubudur. 1/4 final mərhələsinin ilk oyunu fevralın 1-i “Bakcell Arena”da, cavab görüşü isə ayın 12-si “Bank Respublika Arena”da keçiriləcək.

Qeyd edək ki, “Neftçi” yarımfinala yüksələcəyi halda, gələn il aprelin 20 və 29-da olacaq oyunlarda “Zirə” – “Səbail” cütünün qalibi ilə üz-üzə gələcək. Final matçı isə mayın 27-də baş tutacaq.