İkinci dövrədə son oyunumuz saat 16:00-da başlanacaq

9 dekabr 2021, 10:00

Premyer Liqada 14-cü turun oyun cədvəli açıqlanıb. Dekabrın 15-i Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 16:00-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” 13 turdan sonra 21 xalla 4-cü yeri tutur.