“Neftçi” məğlubiyyət seriyasına son qoydu

27 noyabr 2021, 20:55

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 12-ci turda “Səbail”lə qarşılaşıb. Flaqman BMT-nin Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edərək 25 noyabr – 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxıb.

"Neftçi" "Bakcell Arena”da baş tutan matçda 1:0 hesabı ilə qalib gələrək, 3 oyunluq məğlubiyyət seriyasına son qoyub. Qələbə qoluna 52-ci dəqiqədə Vüsal Əsgərov imza atıb.

Qeyd edək ki, “Neftçi” hazırda 12 oyundan 20 xalla 3-cü yeri tutur.