“Səbail”lə oyunu Elçin Məsiyev idarə edəcək

26 noyabr 2021, 12:00

Premyer Liqada 12-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Səbail” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu noyabrın 27-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.