“Sabah”la matçın hazırlığı başa çatdı
“Neftçi” Premyer Liqanın 11-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını başa vurub. Birgünlük fasilədən sonra noyabrın 16-da hazırlığı bərpa edən komandamız bu gün “Bakcell Arena”da son məşqə çıxıb. Zədəlilər – Tiaqo Bezerra və Sabir Buqrin fərdi hazırlaşırlar. Digər bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu noyabrın 20-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.