“Neftçi” yoxlama oyununda böyükhesablı qələbə qazandı

13 noyabr 2021, 17:31

“Neftçi” yoxlama matçı keçirib. Komandamız “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə” ilə qarşılaşıb. “Neftçi TV” vasitəsilə ilə canlı yayımlanan oyunda “ağ-qaralar” 4:0 hesabı ilə qalib gəlib. Qolları Yusuf Laval (28-ci dəqiqə), Ramon Maçado (47 və 76-cı dəqiqələr) və Xəyal Nəcəfov (52-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 11-ci turunda “Sabah”la qarşılaşacaq. Oyun noyabrın 20-də “Bakcell Arena”da baş tutacaq.