“Neftçi” yoxlama oyunu keçirəcək

10 noyabr 2021, 10:05

“Neftçi” milli komandamızın oyunlarına görə Premyer Liqada yaranmış fasilə zamanı yoxlama görüşü keçirəcək. Flaqman noyabrın 13-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə” ilə qarşılaşacaq. Oyun saat 14:00-da başlanacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, ikigünlik istirahətdən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqləri bərpa edən “ağ-qaralar” növbəti rəsmi oyununu noyabrın 20-də “Bakcell Arena”da “Sabah”a qarşı keçirəcək.