Emin ilə Mert Lüksemburq və Qətərə qarşı

6 noyabr 2021, 23:45

“Neftçi” PFK-nın futbolçuları – Emin Mahmudov və Mert Çelik Azərbaycan milli komandasına dəvət olunublar. Mahmudov və Çelik millinin noyabrın 11-də DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq, ayın 14-də beynəlxalq yoldaşlıq oyununda Qətər yığması ilə keçirəcəyi oyunlara çağırılıblar.

Qeyd edək ki, hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlanacaq.