“Neftçi” yoxlama oyunu keçirəcək

7 oktyabr 2021, 14:05

“Neftçi” milli komandamızın oyunlarına görə Premyer Liqada yaranmış fasilə zamanı yoxlama matçı keçirəcək. Flaqman oktyabrın 9-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Qəbələ” ilə qarşılaşacaq. Oyun saat 15:00-da başlanacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, üçgünlik istirahətdən sonra dünən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqləri bərpa edən “ağ-qaralar” növbəti rəsmi oyununu oktyabrın 17-də “Kapital Bank Arena”da “Sumqayıt”a qarşı keçirəcək.