Samir Abasov: “Heyəti qurmaqda meydan amili də böyük rol oynamışdı”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Səbail” klubu ilə 6-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Bu gün Vüsal Əsgərovun oynamasının xüsusi səbəbi yoxdur. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün bu şansı qazandı. Onun bu cür oyunlarda təcrübəsi yox idi. Bizim heyətdən kimlərin milli komandaya çağırılma ehtimalı olduğunu haradasa bilirik. Dəvət alanlar aşağı-yuxarı eyni futboçulardır deyə, bizim üçün sürpriz olmur. Rəqib son dəqiqələrdə çox qüvvə ilə irəli atıldı ki, bu da hesaba görə normaldır. Meydana sonradan daxil olan futbolçular da qol vurmaq istəyirdilər. 3:0-dan sonra arxayınçılıq yaranmışdı və güc müdafiəçilərin üzərinə düşmüşdü. Buna görə də rəqibin qol vuracağı an yetişirdi. Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular. Bu gün heyəti qurmaqda meydan amili də böyük rol oynamışdı. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun sürəti azalırdı”.