“Neftçi”dən ardıcıl üçüncü qələbə

2 oktyabr 2021, 22:00

“Neftçi” Premyer Liqada ardıcıl üçüncü qələbəsini qazanıb. Komandamız 6-cı turda “Səbail”i 3:1 hesabı ilə məğlub edib. “ASCO Arena”da baş tutan matçda “ağ-qaralar”ın qollarını Yusuf Laval (26-cı dəqiqə) və Tiaqo Bezerra (45+1 və 78-ci dəqiqələr) vurublar. Rəqibin heyətində isə Nikolas Raysel (90+5-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 13 xalla zirvəyə yüksəlib. Bir oyun az keçirən “Qəbələ” və “Qarabağ” 11 xalla 2-3-cü yerləri bölüşürlər.