“Səbail”lə oyun “ASCO Arena”da keçiriləcək

27 sentyabr 2021, 10:50

Premyer Liqada 6-cı turun oyun cədvəli açıqlanıb. Oktyabrın 2-si “ASCO Arena”da keçiriləcək “Səbail” – “Neftçi” matçı saat 19:15-də start götürəcək.

“Bakcell Arena”da aparılan renovasiya işləri ilə əlaqədar olaraq klubumuzun rəsmi müraciəti və “Səbail”in razılığı ilə 6-cı turun oyunu “Səbail” – “Neftçi”, 12-ci turun görüşü “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.

Qeyd edək ki, “Neftçi” 5 turdan sonra 10 xalla 3-cü yeri tutur.