
“Neftçi”nin 5 futbolçusu U-21 milli komandasında
“Neftçi” PFK-nın 5 futbolçusu – İsmayıl Zülfüqarlı, Mert Çelik, Fərid Yusifli, Asim Əlizadə və Vüsal Əsgərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 2-si Bakı vaxtı ilə saat 21:00-da Velika Qoritsa şəhər stadionunda Xorvatiya, ayın 7-si saat 20:00-da isə Rid-innkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, komanda bu oyunlara hazırlıq məqsədilə avqustun 22-dən etibarən təlim-məşq toplanışında olacaq. Mert Çelik, Asim Əlizadə və Vüsal Əsgərov Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” ilə cavab matçından sonra düşərgəyə qoşulacaqlar.
Tövsiyə olunur
-
Adrian Mutu: “Layiqli qələbə qazandıq”
A Komanda 30 sentyabr 2023, 20:34 -
“Neftçi” uğursuz seriyaya Tovuzda son qoydu
A Komanda 30 sentyabr 2023, 18:28 -
“Turan Tovuz”la səfər matçı Emin Əliyevə həvalə olundu
A Komanda 30 sentyabr 2023, 14:44 -
“Turan Tovuz”la oyunöncəsi son məşq
A Komanda 29 sentyabr 2023, 19:07