Cavab matçında moldovalı hakimlər
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində iyulun 14-ü saat 21:00-da keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) matçının təyinatları açıqlanıb. Oyuna Moldovadan olan hakimlər təyinat alıblar. Baş hakim Dumitru Muntean olacaq. Ona Vlad Lifsiu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qabriel Tupisika yerinə yetirəcək.
UEFA nümayəndəsi Siprian Paraskiv (Rumıniya), hakim-inspektor isə Aleksandr Qvardis (Rusiya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00