Mamadu Kane Qvineya milli komandasında

26 may 2021, 18:00

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub. 24 yaşlı futbolçu iyunun 5-i Toqo, 8-i Kosovo, 11-i isə Niger yığmaları ilə Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyunlarına çağırılıb.

Qeyd edək ki, Kane Qvineya milli komandasında 2 oyun keçirib, 1 qol vurub.