"Keşlə" ilə oyunu Elçin Məsiyev idarə edəcək
Premyer Liqada 17-ci turun təyinatları açıqlanıb. "Neftçi” – "Keşlə” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Pərvin Talıbov və Qəzənfər Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi isə Asif Əliyev olacaq.
Qeyd edək ki, fevralın 16-sı "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 19:00-da başlanacaq.