Mamadu Kane: "Sonadək mübarizə aparacağıq"
"Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane "Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Qvineyalı futbolçu komandanın çempion olmaq üçün sonadək mübarizə aparacağını bildirib:
"Oyunun böyük hissəsini yaxşı keçirdik. Rəqibdən üstün idik, amma çox təəssüf ki, son 10 dəqiqədə oyuna nəzarəti itirdik. Bu da qol buraxmağımızla nəticələndi. Bununla belə, çempionluq yürüşünün bitdiyini düşünmürəm. Sonadək mübarizə aparacağıq. Sonda çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.
Tövsiyə olunur
-
Miodraq Bojoviç “Qarabağ”la cavab oyununu şərh etdi
A Komanda 24 aprel 2024, 22:31 -
Azərbaycan Kubokunda mübarizəni dayandırdıq
A Komanda 24 aprel 2024, 22:02 -
“Qarabağ”la cavab oyunumuzu Əliyar Ağayev idarə edəcək
A Komanda 24 aprel 2024, 14:24 -
Miodraq Bojoviçin “Zirə” ilə matç haqda fikirləri
A Komanda 20 aprel 2024, 22:37