Roberto Bordinlə müqaviləyə xitam verildi
"Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib. Bu qərara əsasən, bu gün baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.
"Neftçi” PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.
Tövsiyə olunur
-
Roman Qriqorçuk: “Göstərdiyimiz oyuna görə üzr istəyirəm”
A Komanda 15 sentyabr 2024, 21:01 -
Zirədə məğlub olduq
A Komanda 15 sentyabr 2024, 20:00 -
“Zirə” ilə matçın hazırlığına sabah yekun vuracağıq
A Komanda 13 sentyabr 2024, 14:00 -
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 7 sentyabr 2024, 20:30